AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BNA sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

BNA sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Təfsilat
04 May 2021, 18:00 666
Bakı Nəqliyyat Agentliyi (BNA) sabah baş verəcək qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Agentlikdən Kaspi.az-a verilən məlumatda bildirilir ki, mayın 5-i tarixində müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq: "Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".