• cümə, 29 Mart, 15:15
  • Baku Bakı 14°C

BNA Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

25.01.20 10:01 727
BNA Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı
Bakı Nəqliyyat Agentliyi Maştağada marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 08 radələrində "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də, yol sürüşkən olduğundan nəqliyyat vasitəsi idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin xəsarət aldığı bildirilir.
banner

Oxşar Xəbərlər