• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

BMT TŞ qətnamə qəbul etdi: Suriyadakı kimyəvi silah məhv edilsin!

28.09.13 08:21 1075
BMT TŞ qətnamə qəbul etdi: Suriyadakı kimyəvi silah məhv edilsin!
BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahın məhv edilməsinə dair qətnamə qəbul edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qərar yekdillikdə qəbul olunub.
Toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirak etdiyi bildirilir.
Qətnamədə qeyd olunur ki, onun icra edilmədiyi təqdirdə, o cümlədən kimyəvi silahların qanunsuz ötürülməsi və istənilən qüvvə tərəfindən Suriyada istifadə edildiyi halda, BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun tədbirlər görüləcək. Bu tədbirlər hərbi əməliyyatları istisna etmir.
banner

Oxşar Xəbərlər