• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

BMT TŞ Liviyada silah embarqosunun pozulmasına qarşı çıxıb

03.12.19 10:15 392
BMT TŞ Liviyada silah embarqosunun pozulmasına qarşı çıxıb
BMT Təhlükəsizlik Şurası bütün ölkələri Liviyadakı münaqişəyə müdaxilə etməməyə və ölkə üzrə tətbiq edilən silah embarqosunu pozmamağa çağırıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurası ölkələrinin birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "BMT Təhlükəsizlik Şurası silah embarqosunun pozulmasına dair xəbərlərdən narahatlığını ifadə edir. Onlar bütün BMT-yə üzv ölkələri Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 qətnaməsinə tam əməl etməyə çağırır".
Təhlükəsilik Şurası həmçinin bütün ölkələri "münaqişəyə müdaxilə etməməyə və onun kəskinləşməsinə səbəb ola biləcək hərəkətlərə yol verməməyə" çağırıb.
banner

Oxşar Xəbərlər