• cümə axşamı, 25 aprel, 08:31
  • Baku Bakı 14°C

BMT TŞ İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək

31.01.17 09:50 602
BMT TŞ İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək
BMTTəhlükəsizlik Şurası İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək.
APA-nın "AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, iclas rəsmi Tel-Əvivin təşəbbüsü ilə baş tutacaq.
Bundan əvvəl İsrailBMT-ni İranın raket sınaqlarına reaksiya verməyə çağırıb.
"İranın hərəkətləri tək İsrail yox, bütün Yaxın Şərq regionu uçun təhlükə kəsb edir”, deyə İsrailinBMT-dəki daimi nümayəndəsi Danni Danon bəyan edib.
Qeyd edək ki, yanvarın 30-da İranBMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib.
banner

Oxşar Xəbərlər