• cümə, 19 Aprel, 20:22
  • Baku Bakı 24°C

BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək

23.06.19 19:00 520
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
İyunun 24-dən 26-dək Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu fəaliyyətə başlayacaq. Bu forum dövlət xidmətlərinin aktual problemləri, dövlət xidmətlərində innovasiyalar və texnologiyaların tətbiqi və digər vacib məsələlərin müzakirə edildiyi bir platformadır. Tədbirin Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi dövlət xidmətləri sahəsində də çox ciddi islahatlar aparıb. Bu islahatların bariz nümunələrindən biri də "ASAN xidmət"dir. Qurum BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Bütün bu amillər BMT-nin Dövlət Xidmətləri Forumunu Bakıda keçirmək qərarına çox ciddi təsir göstərib.
Bu gün BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ilk dəfə Bakıya səfər edib. Qonağı "ASAN xidmət”lə əyani şəkildə tanış etdik. Mərkəzin fəaliyyəti Liu Zenmində çox xoş təəssüratlar yaratdı.
AZƏRTACxəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
"Forumda 100-dən çox ölkənin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanları, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edəcək. Bu, bizə imkan verəcək ki, onların hər birini "ASAN xidmət"lə əyani şəkildə tanış edə bilək. Əminik ki, bu, "ASAN xidmət"in beynəlxalq sferada daha geniş tanınmasına və intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək", -deyə Dövlət Agentliyinin sədri vurğulayıb.

banner

Oxşar Xəbərlər