BMT-nin Baş katibindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib
BMT-nin Baş katibi Antonio Quterreşdən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri,
Respublika Günü münasibətilə Sizə və Azərbaycan
xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü özünəməxsus
mədəniyyətə və tarixə malikdir. Bu müxtəliflik bizim təşkilatımızı və dünyamızı
zənginləşdirir. Ölkənizin müxtəlif beynəlxalq məsələlərlə bağlı Birləşmiş Millətlər
Təşkilatının işində fəal iştirakı çox böyük əhəmiyyət daşıyır.
Bu il - BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri naminə
Fəaliyyət Onilliyinin ilk ilində biz hamı üçün əlverişli qloballaşmaya nail
olmaq məqsədilə öz kollektiv ambisiyamızı gücləndirməli və iqlim dəyişikliyi məsələsində
qəti addımlar atmalıyıq.
Bütün bu səylərdə, bizim hər kəs üçün daha sülhməramlı,
ədalətli və davamlı dünyamızda Azərbaycan Respublikasının töhfələrinə və dəstəyinə
ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi
xahiş edirəm".