• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

BMT-nin baş katibi vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb

23.07.19 09:21 14727
BMT-nin baş katibi vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb
BMT-nin baş katibi Antoniu Quterreş tərəfləri Hörmüz boğazında təmkinlik göstərməyə və vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Farhan Hak deyib.
F.Hak bildirib: "Baş katib Hörmüz boğazında gəmilərin ələ keçirilməsi barədə bu yaxınlarda yayılan yayılan məlumatlardan çox narahatdır".
Onun sözlərinə görə, baş katib hüquqlara hörmət etməyə və Hörmüz boğazından naviqasiyanın həyata keçirilməsində öhdəlikləri yerinə yetirməyə çağırıb: "Baş katib hamını maksimum təmkinlik göstərməyə və vəziyyətin gərginləşməsinə yol verən hərəkətlərdən çəkinməyə çağırıb".
banner

Oxşar Xəbərlər