• cümə axşamı, 28 mart, 13:17
  • Baku Bakı 16°C

BMT-nin Baş katibi hökumətləri sərvət vergisi tətbiq etməyə çağırıb

24.06.21 19:00 292
BMT-nin Baş katibi hökumətləri sərvət vergisi tətbiq etməyə çağırıb
Varlı insanlara vergi tətbiq olunması dünyanın koronavirus pandemiyasından sonrakı sosial-iqtisadi bərpasını maliyyələşdirməyə yardım edə bilər.
AZƏRTACxəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterriş bu barədə Avropa Parlamentində çıxışı zamanı deyib.
"Yalnız bir il ərzində dünyanın ən varlı insanlarının varidatı 5 trilyon dollar artıb. Hökumətləri sosial-iqtisadi bərpa işlərini maliyyələşdirmək üçün bu insanlara, həmçinin pandemiyadan faydalan şəxslərə həmrəylik vergisi və ya sərvət vergisi tətbiq etmək barədə düşünməyə çağırıram”, - deyə Antonio Quterriş bildirib.
Onun sözlərinə görə, pandemiya nəticəsində yüz milyonlarla insan yoxsulluq vəziyyətinə düşüb, ölkələr isə iflas təhlükəsi ilə üzləşib. Hazırda dünya əhalisinin yarısı lazımi səhiyyə xidmətlərindən istifadə edə bilmir.
banner

Oxşar Xəbərlər