• cümə axşamı, 28 mart, 15:16
  • Baku Bakı 16°C

BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb

17.10.17 09:35 1422
BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb
BMT-nin baş katibi Antoniu Qutteriş Azərbaycan Prezidentiİlham ƏliyevləErmənistan Prezidenti Serj Sarkisyanın Cenevrədəkidanışıqlarının nəticələrini alqışlayıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik Cenevrədə keçirilən sammiti şərh edərkən bildirib.
Qeyd olunur ki, baş katib tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün bu uğuru inkişaf etdirməyə çağırıb.
Onun sözlərinə görə, beynəlxalq təşkilatın inzibati başçısı iki dövlətin başçıları tərəfindən danışıqlar prosesinin aktivləşməsi və təmas xəttində gərginliyin azalması üzrə əlavə addımların qəbulu haqqında razılaşmanın nailiyyətindən ruhlanıb.
"Birinci katib vurğulayır ki, BMT həmsədrlərin (ATƏT-in Minsk qrupu-red) vasitəçilik səylərini dəstəkləyir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bu sammit nəticəsində yaranmış pozitiv dinamikadan istifadə etməyə çağırır", - deyə Dyujarrikin yazılı bəyanatında deyilir.
Qeyd edək ki, ötən günAzərbaycan Respublikasının Prezidentiİlham ƏliyevATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündə iştirak edib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirləri iştirak ediblər. Görüş daha sonratəkbətək formatda davam edib.
banner

Oxşar Xəbərlər