• cümə, 19 Aprel, 08:57
  • Baku Bakı 13°C

BMT-də Şimali Koreya üzrə səsvermə sentyabrın 11-də keçiriləcək

09.09.17 13:15 1123
BMT-də Şimali Koreya üzrə səsvermə sentyabrın 11-də keçiriləcək
BMTTəhlükəsizlik Şurasında Şimali Koreya üzrə səsvermənin sentyabrın 11-də keçiriləcəyi planlaşdırılır.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ınBMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
"ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi üzrə səsvermənin sentyabrın 11-də keçirilməsini təklif edib. Bu barədəBMTTəhlükəsizlik Şurası artıq məlumatlandırılıb”, deyə N.Heyli qeyd edib.
Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi iləBMTTəhlükəsizlik Şurasının təcili iclası keçirilib.
banner

Oxşar Xəbərlər