• cümə, 19 Aprel, 01:45
  • Baku Bakı 18°C

BMT baş katibi Kosovonun ordu yaratmaq qərarından narahatdır

15.12.18 14:00 420
BMT baş katibi Kosovonun ordu yaratmaq qərarından narahatdır
BMT-nin baş katibiAntoniu Quterreştanınmamış Kosovo dövlətinin təhlükəsizlik qüvvələrinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra qanun layihələrinin qəbul edilməsi haqqında məlumatdan narahatdır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədəBMT baş katibinin mətbuat xidməti məlumat yayıb.
Baş katib vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1244 (1999) saylı qətnaməsi ilə üzərinəKosovoda təhlükəsiz şəraitin təmin edilməsinə görə məsuliyyət qoyulmuştəhlükəsizlik qüvvələri bu ölkəninbeynəlxalq mövcudluğu üçün yeganə hüquqi əsası təmin edir.
Bundan başqa, Quterreş tərəfləri təmkinli olmağa vəAİ-nin dəstəyi iləBelqrad və Priştinaarasında dialoqun daha da pisləşməsinə və gərginliyin artmasına gətirib çıxara biləcək əməllərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Kosovo parlamentinin deputatları ölkədə mükəmməl ordunun yaradılmasını təsdiqləyiblər.
Daha əvvəlSerbiya Prezidenti Aleksandr Vuçiç Kosovo xüsusi təyinatlılarının fəaliyyəti səbəbindən ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədəəmr verib.
banner

Oxşar Xəbərlər