• şənbə, 18 May, 14:16
  • Baku Bakı 19°C

Blinken: “TikTok” ABŞ üçün təhlükədir

24.03.23 09:00 1241
Blinken: “TikTok” ABŞ üçün təhlükədir

ABŞ administrasiyası hesab edir ki, Çin sosial şəbəkəsi “TikTok” Birləşmiş Ştatlar üçün təhlükədir, bu və ya digər şəkildə aradan qaldırılmalıdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bu mövzunu şərh edən Blinken, “TikTok”un ABŞ təhlükəsizliyinə təhdid törətdiyini söyləyib.

ABŞ-da “TikTok”un qadağan edilməsi ilə bağlı sualı cavablandıran dövlət katibi bildirib ki, “təhdidlərə bu və ya digər şəkildə son qoyulmalıdır. Buna nail olmağın müxtəlif yolları var”.

Qeyd edək ki, “TikTok”un tənqidçiləri onun ABŞ-dakı istifadəçi məlumatlarının proqram tərəfindən Çin hökumətinə ötürülə biləcəyini bildirirlər və bu, ABŞ qanunvericiləri tərəfindən tətbiqin qadağan edilməsi çağırışlarının artmasına səbəb olur.

Ağ ev administrasiyası “TikTok” sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.

banner

Oxşar Xəbərlər