Blinken: "ABŞ komissiyaların birinci görüşünü alqışlayır"
ABŞ sərhədin delimitasiyası üzrə Azərbaycan və Ermənistan komissiyalarının birinci görüşünün keçirilməsini alqışlayır.
Kaspi.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken öz "Twitter" səhifəsində yazıb.
"ABŞ Azərbaycanla Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə keçirilən danışıqları alqışlayır və regionda sülhün dəstəklənməsi üçün ikitərəfli müsbət dialoqun davamına çağırır" - E.Blinken yazıb.