• çərşənbə axşamı, 19 mart, 08:59
  • Baku Bakı 8°C

Bölgələrdə yağış yağıb, dolu düşüb

05.06.20 21:20 547
Bölgələrdə yağış yağıb, dolu düşüb
Milli Hidrometeorologiya Xidməti faktiki hava haqqında məlumatı açıqlayıb.
APAxəbər verir ki, Xidmətin 5 iyun saat 20:00-а olan məlumatına əsasən, Şəmkir, Tərtər, Zaqatala, Bərdəyə yağış yağıb.
Tərtər rayonu Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 mm, Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30 radələrində, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.
Şimal-qərb küləyi Naftalan, Gəncədə 24 m/s, Tovuzda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23m/s, Maştağa, Qum adasında 20 m/s, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.
banner

Oxşar Xəbərlər