• şənbə, 20 Aprel, 04:09
  • Baku Bakı 15°C

“Bizim 33 titulumuz var, onlarda neçədir?”

25.04.19 15:15 536
“Bizim 33 titulumuz var, onlarda neçədir?”
"Real”ın baş məşqçisi Zinəddin Zidan "Barselona”nın növbəti çempionluğunu rəsmiləşdirməyə yaxın olması ilə bağlı verilən sualı cavablandırıb.
Kaspi.az xəbər verir ki, Zidan "Barsa”nın son vaxtlar uğurlu çıxış etdiyini etiraf edib. Ancaq o, rəqibin ünvanına atmacalı fikir də səsləndirib:
"Çalışacağıq ki, yeni mövsümə maksimum yaxşı start verək. Növbəti mövsüm La Liqa bizim əsas hədəfimiz olmalıdır.
Bizim 33 çempion titulumuz var. "Barselona”da neçədir? Son illər onların işi uğurlu gedir. Bunu etiraf etmək lazımdır. Onları da təbrik edirəm. Ancaq rəqəmlərə nəzərə salsaq, "Real”ın daha çox çempionluğu olduğunu görərik”.
"Barselona” 26-cı çempionluğunu qazanmağa yaxındır.
banner

Oxşar Xəbərlər