• cümə axşamı, 28 mart, 19:03
  • Baku Bakı 13°C

“Biz insan haqları sahəsində öz öhdəliklərimizə riayət edirik”

21.06.13 13:50 1411
“Biz insan haqları sahəsində öz öhdəliklərimizə riayət edirik”
“Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur”. APA-nın Brüsselə ezam olunmuş Avropa müxbirinin məlumatına görə, bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Jurnalistin sualını cavablandıran prezident Əliyev bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: “Azərbaycanda siyasi məhbus yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları sahəsində öz öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”.
Prezident qeyd edib ki, ölkədə hələlik seçki kampaniyası başlamayıb, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək.
banner

Oxşar Xəbərlər