AZE | RUS | ENG |

Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq

Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sürükləyən, parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar bu gün ölkəmizə böhtanlar atmaqla, reallıqları təhrif etməklə Azərbaycanın gənc vətəndaşlarında ölkəmizə aid olmayan təsəvvür yaratmağa çalışırlar.
 
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
 
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq.
 
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda inkişaf mərhələlərlə gedir: "İnsanların həyatı əhəmiyyətli dərəcədə dəyişir. Eyni zamanda biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev bu il bir çox sərəncamlar imzalayıb. Azərbaycan hökumətinin gündəliyində bundan sonra da insanların sosial rifahının yaxşılaşdırılması durur”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967