AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Biz birlikdə güclüyük” şüarı bu gün uşaqdan-böyüyə hər kəsin həyat devizinə çevrilib

“Biz birlikdə güclüyük” şüarı bu gün uşaqdan-böyüyə hər kəsin həyat devizinə çevrilib

Cəmiyyət
29 Mart 2020, 14:37 693
Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat yığılması Azərbaycan xalqının böyük xalq olduğunu, ən ağır dövrdə birləşə bildiyini göstərir.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, bu gün əksər ölkələrin gündəminə nəzər yetirsək artıq yeni dünya nizamının gözəgörünməz düşmənlə və yeni növ "silahla” (COVİD-19) mübarizə apararaq formalaşdığının şahidi oluruq:
"Bu sınaqla Azərbaycan həm dövlət, həm də xalq olaraq üz-üzədir. Lakin sevindirici hal ondan ibarətdir ki, vaxtilə hələ prosesin başlanğıcında bu məsələyə ciddi yanaşmayan cəmiyyətlərin və ölkələrin mövcud vəziyyətini və acınacaqlı durumunu müşahidə etdiyimiz bir zamanda bu mənfi tendensiya Azərbaycandan yan keçib.Azərbaycanda vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.
Məsələyə şəxsən cənab Prezident İlham Əliyev tərəfindən anbaan nəzarət olunması ondan xəbər verir ki, ölkə başçımız ən çətin günlərdə belə hər zaman olduğu kimi operativ qərar qəbuletmə və soyuqqanlılıq xüsusiyyətinə sadiq qalaraq xalqın sağlamlığı məsələsini prioritet olaraq görüb. Bu sınaq günlərində dövlət başçısı tərəfindən səsləndirilən "Biz birlikdə güclüyük” şüarı bu gün uşaqdan-böyüyə hər kəsin həyat devizinə çevrilib. Bu isə ondan xəbər verir ki, ölkədə sıx şəkildə xalq-iqtidar birliyi mövcuddur. Bu şüar mövcud sınaq günlərindən sonra üçün də xalqımızı ayaqda saxlamağa kökləyəcək".
Politoloqun sözlərinə görə, "Hər şərdə bir xeyir var” prizmasından baxıb məsələyə nikbin tərəfdən yanaşsaq, post-koronavirus erasında daha müasir dünya nizamının da şahidi olacağıq ki, bu, onlayn tədrisə keçidi sürətləndirəcək, işçinin effektivliyini iş saatına əsasən deyil, vaxtın daha səmərəli dəyərləndirilməsinə hesablanacaq:
"Əgər bu günə qədər xalq olaraq, ölkə olaraq ən mürəkkəb siyasi proseslərdən, iqtisadi və siyasi böhranlardan çıxmışıqsa, bundan sonra da həmrəylik və birlik nümayiş etdirərək bu sınaqdan da çıxacağıq. Bunun üçün ən sadə qaydalara əməl etmək bütün vətəndaşların ən ümdə vəzifəsi olmalıdır. Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat yığılması Azərbaycan xalqının böyük xalq olduğunu, ən ağır dövrdə birləşə bildiyini göstərir. Bunun isə tək bir yolu var. Vətəndaş mövqeyi və həmrəylik nümayiş etdirməli, dövlət başçısının ətrafında daha sıx birləşib, bu mübarizədən də qalib ayrılmağa çalışmalıyıq”.