• cümə, 19 Aprel, 05:39
  • Baku Bakı 18°C

Bitcoin qiyməti son 4 ayda ilk dəfə 40 min dollardan aşağı düşüb

11.01.22 10:15 398
Bitcoin qiyməti son 4 ayda ilk dəfə 40 min dollardan aşağı düşüb
Bazar ertəsi Bitcoinin qiyməti qısa müddət ərzində 40 min dollardan aşağı düşüb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu sentyabrın sonundan ən aşağı göstəricidir.
Kriptovalyutanın ucuzlaşması investorların ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən pul siyasətini sərtləşdirilməsi fonunda risk etmək istəmədikləri ilə əlaqələndirilir.
Kriptovalyutaların məzənnəsi ilə bağlı vəziyyət son vaxtlar investorları sevindirmir. Əgər bu yaxınlarda Bitcoinin qiyməti 70 min dollara yaxınlaşırdısa və digər kriptovalyutalar da bunun fonunda bahalaşırdı, hazırda qiymət 40 min dollar civarında dəyişir.
banner

Oxşar Xəbərlər