• cümə axşamı, 28 mart, 23:41
  • Baku Bakı 13°C

Birləşmiş Ştatların neft ehtiyatları çoxalıb

25.04.19 15:00 498
Birləşmiş Ştatların neft ehtiyatları çoxalıb
ABŞ-ın xam neft ehtiyatları artır.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 5,5 milyon barrel (1,2 faiz) artaraq 460,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,4 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 2,1 milyon barrel (0,9 faiz) azalaraq 225,8 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,2 milyon barrel azalmışdı.
banner

Oxşar Xəbərlər