• çərşənbə axşamı, 12 avqust, 23:16
  • Baku Bakı 29°C

Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə olaraq qadınlar federal səviyyədə hakim təyin edilib

20.03.19 10:00 356
Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə olaraq qadınlar federal səviyyədə hakim təyin edilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahyan ölkə tarixində ilk dəfə olaraq iki qadını federal məhkəmə sistemində hakim vəzifəsinə təyin edib.
AZƏRTACWAM dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentin qərarına əsasən, Xədicə Xamis Xəlifə Əl Malas və Salama Rəşid Salem Əl Ketbi federal səviyyədə hakim vəzifəsinə təyin olunub.
Bu təyinatlar hökumətin qadınların ölkənin inkişafındakı rolunun dəstəklənməsi ilə bağlı mövqeyini əks etdirir və onların məhkəmə sistemində daha geniş təmsil olunmasına yönəlib.

banner

Oxşar Xəbərlər