• çərşənbə axşamı, 23 aprel, 18:21
  • Baku Bakı 20°C

Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun! - FOTO

31.12.21 22:35 464
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun! - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Yeni il münasibətilə paylaşım edib.
Kaspi.az-ın məlumatına görə,paylaşımdadeyilir:
"Əziz bacılar və qardaşlar!
Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!
Sevgilərlə,
Sizin MEHRİBAN"


banner

Oxşar Xəbərlər