Mehriban Əliyeva Kürdəxanı qəsəbə sakini Telman Əliyevin ailəsində qonaq olub - Fotolar

Mehriban Əliyeva Kürdəxanı qəsəbə sakini Telman Əliyevin ailəsində qonaq olub - Fotolar

Siyasət
21 May 2019, 15:37 508
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq oldular.
Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.
Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq etdilər.
Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olundu və xatirə şəkli çəkdirildi.