• cümə axşamı, 25 aprel, 04:53
  • Baku Bakı 19°C

Birinci vitse-prezident Mehriban Əliyeva gəncəlilərə təşəkkürünü bildirib

15.02.19 09:45 486
Birinci vitse-prezident Mehriban Əliyeva gəncəlilərə təşəkkürünü bildirib
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 14-də Gəncəyə səfəri zamanı "İmamzadə” dini kompleksində, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində, uşaq evində, Mir Cəlal Paşayevin ev-muzeyində, 32 nömrəli körpələr evi-uşaq bağçasında və Gəncənin görməli yerlərindən biri olan "Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşü zamanı ona göstərilən qonaqpərvərlik və səmimiyyətə görə gəncəlilərə təşəkkürünü bildirib.
Trend-in məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər barədə fikirləri rəsmi "Instagram” səhifəsində açıqlanıb.
"Gözəl qədim Gəncə şəhərindən unudulmaz təəssuratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!”
banner

Oxşar Xəbərlər