AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May - Respublika Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May - Respublika Günü ilə bağlı paylaşım edib

Siyasət
28 May 2021, 10:26 388
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Respublika Günü ilə bağlı paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm.

Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!”