• çərşənbə, 24 Aprel, 17:57
  • Baku Bakı 27°C

Birinci vitse-prezident 3-cü qızıl medalını qazanan idmançımızı təbrik edib

03.09.21 20:45 233
Birinci vitse-prezident 3-cü qızıl medalını qazanan idmançımızı təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalını qazanan azərbaycanlı idmançı Raman Salehi təbrik edib.
Kaspi.az-ın məlumatına görə, Birinci vitse-prezident bununla bağlı "İnstagram" hesabında paylaşım edib.Paylaşımdadeyilir:
""Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!".
banner

Oxşar Xəbərlər