Birinci rübdə inşaat sektorunda orta aylıq əməkhaqqı 2,4 faiz artıb
2017-ci ilin yanvar-mart aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 90,2 min nəfər olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 821,7 manat təşkil edib.