• cümə, 29 Mart, 14:24
  • Baku Bakı 14°C

Birinci MDB Oyunları: Azərbaycan komandası 26 medal qazanıb

07.09.21 12:04 257
Birinci MDB Oyunları: Azərbaycan komandası 26 medal qazanıb
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir.
AZƏRTACxəbər verir ki, komandamız daha 3 medal qazanıb. Belə ki, koreş yarışlarında mütləq çəkidə Camal Feyziyev qızıl, Əlisəftar Məmmədli (85 kq) gümüş, Elvar Nəhmətzadə (60 kq) bürünc medal qazanıblar.
Basketbol (3x3) komandamız isə üçüncü yer uğrunda qarşılaşmada Özbəkistana 14:13 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Bununla da, Azərbaycanın qazandığı medalların sayı 26-ya çatıb. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc medallardır.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.
banner

Oxşar Xəbərlər