• cümə, 19 Aprel, 06:49
  • Baku Bakı 13°C

Bir qrup jurnalistin Füzuli rayonuna səfəri başlayıb

16.06.21 10:10 276
Bir qrup jurnalistin Füzuli rayonuna səfəri başlayıb
Bir qrup jurnalistin işğaldan azad olunan Füzuli rayonuna səfəri başlayıb.
APA-nın xəbərinə görə, səfər Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), "Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin təşkilatçılığı ilə keçirilir.
Səfər zamanı jurnalistlər Füzuli Beynəlxalq Hava Limanında, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tuneldə, Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olacaqlar.

banner

Oxşar Xəbərlər