• cümə axşamı, 25 aprel, 11:28
  • Baku Bakı 14°C

Bİr mənzildə 2000 adam yaşaya bilər? - Maraqlı

29.11.13 12:53 966
Bİr mənzildə 2000 adam yaşaya bilər? - Maraqlı
Rusiyanın hüquq mühafizəçiləri Moskvada iki minə yaxın qeyri-leqal miqrantın qeydiyyata alındığı mənzil aşkar ediblər. Prokurorluq cinayət işinin qaldırılmasını tələb edir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Baş Nəzarət İdarəsinin saytına istinadən xəbər verir.
Moskvanın Butırsk rayonlararası prokurorluğu Altufyev şosesindəki binadakı mənzildə Rusiya vətəndaşları ilə yanaşı, 2009-cu ildən 2013-cü ilin oktyabrınadək dövrdə iki mindən çox əcnəbi vətəndaşın və vətəndaşlığı olmayan şəxsin miqrasiya uçotuna dayanmasını təşkil ediblər. Həmin şəxslər göstərilən ünvanda yaşamırlar. İlkin məlumatlara görə, Moskva şəhərinin Lianozovo rayonu üzrə DİNŞ-nin əməkdaşları bu mənzildə pul mükafatı müqabilində qanunsuz qeydiyyat həyata keçiriblər.
Moskva prokurorluğu xəbər verir ki, polis işçiləri barəsində qanunsuz miqrasiyanın təşkili üzrə cinayət işi qaldırıla bilər.
Prokurorluğun saytında verilən məlumatda deyilir: "Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi (qanunsuz miqrasiyanın təşkili) üzrə cinayət işinin qaldırılması məsələsinin həlli üçün materiallar İK-nın Butırsk rayonlararası istintaq bölməsinə göndərilib".
banner

Oxşar Xəbərlər