• cümə axşamı, 25 aprel, 17:04
  • Baku Bakı 23°C

Bir gündə 6 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb

17.09.21 12:30 236
Bir gündə 6 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb
Sentyabrın 16-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində6aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə"Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə2nəfər barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
banner

Oxşar Xəbərlər