• çərşənbə axşamı, 23 aprel, 13:33
  • Baku Bakı 24°C

Bir dəqiqə oynayıb, amma medal alacaq

02.05.20 11:08 633
Bir dəqiqə oynayıb, amma medal alacaq
PSJ-nin hücumçusu Xese də çempionluq medalı alacaq.
Kaspi.az xəbər verir ki, Fransada mövsüm yarımçıq dayandırılıb və PSJ çempion elan edilib. Məsələ burasındadır ki, 27 yaşlı ispan hücumçu cari mövsümdə PSJ-nin heyətində cəmisi bir oyunda meydana çıxıb.
O, 4-cü turda "Mets”lə keçirilən qarşılaşmada sonradan meydana daxil olub və cəmisi bir dəqiqə oynayıb. Sentyabr ayında isə futbolçu "Sportinq”ə icarəyə verilib. Amma buna baxmayaraq, ona da çempionluq medalı veriləcək.
Xese PSJ-də 2016-cı ildən çıxış edir. Onun müqaviləsi 2021-ci ilin yayında yekunlaşır.
banner

Oxşar Xəbərlər