Bir anın hekayəsini yaratmaq istəyən yazıçı
Onlar əkiz qardaş idilər. O, çox zaman deyirdi ki,
qardaşım həyata məndən bir saat erkən başladı, ölümə də tələsdi. Məndən əvvəl
getdi dünyadan. Kitabları da məndən tez oxuyurdu, həmişə sürətli idi. 15
yaşında roman yazaraq rekordu yeniləmək istəyirdi. Hər zaman unutqan idi,
çantasını, gödəkçəsini hər zaman hardasa unudardı və məndən soruşardı: Çantam
hanı, gödəkçəm hanı?
"Qapının önündə” hekayəsində daxili ziddiyyətlər yaşayan, məişət qayğılarından, gündəlik söh-bətlərdən qaçmaq istəyən dərdli bir obraz görürük. Bu gün dünənin təkrarıdır. Sabah da bu günə bənzəyəcək. Hər şey təkrarlanacaq. Heç nə dəyişmir. Bu qədər eynilik adamı bezdirir. Azan oxunur, səsin fonunda məscidə tələsən ata, ev işləri görən ana. Xəyalında hansısa qadını canlandıran və qərar verməkdə çətinlik çəkən gənc. Bundan sonra nə edəcəm, hara gedəcəm, kimə lazımam, kim gözləyir məni? Həyatda hər şey yoldur, adam baş götürüb gedir, qurtulmaq istəyir. Hər addımda xilas olmaq arzusu daha da böyüyür.
Və hekayənin son cümləsi. Ən maraqlı məqam da elə bu cümlədir. "Qapının önündə idi”
Məncə "Gül yetişdirən adam” karantin günlərində oxunulacaq ən faydalı, ən maraqlı romandır. Bir şeyi itirmək böyük faciədir. Çünki bir şey itirəndə bu itkinin, əslində, hər şey olduğunu çox gec anlayırıq.
Səhvlərimizi zamanında anlayaq və gül yetişdirməyə gecikməyək.
Bu sözləri Türkiyənin gül yetişdirən adamı və ya
bir anın hekayəsini yaratmaq istəyən yazıçı Rasim Özdenören əkiz qardaşı
Alaeddin Özdenören haqqında deyir. Əgər bir neçə il öncə dəyərli sənətşünas
Ənvər Börüsoy mənə "Yedi Güzel Adam” dizisini izləməyi tövsiyə etməsəydi, nə
Rasim Özdenöreni, nə Alaeddin Özdenöreni, nə də digər yazarları tanıyacaqdım. "Yedi
Güzel Adam” dizisində biz birlikdə oxuyan, birlikdə çalışan 7 yazarın həyatını
görürük. Filmin adı mərhum şair Cahit Zarifoğlunun
eyni adlı şeirindən götürülüb.
Rasim Özdenörün Türkiyədə solçuların həddən çox
nifrət etdiyi, sağçıların isə hədsiz dərəcədə sevdiyi bir yazıçıdır. Bir çox
oxucu onu fanatik dindar olmaqda ittiham edir. Ancaq yazıçı yaratdığı əsərlərlə
necə yüksək istedad sahibi olduğunu sübut edib.
"Ansızın yola çıxmaq” kitabını ilk dəfə oxuyarkən
mənə elə gəldi ki, zamanımı boş yerə sərf edirəm. Ansızın sözünü qəflətən,
anidən sözləri ilə əvəzləyə bilərdim. Amma Azərbaycan ədəbiyyatında bir neçə
əsərdə bu söz istifadə olunduğu üçün mən də dəyişmədim. Bu kitabı anlamaq üçün
Məsnəvinin bütün cildlərini, Yunus Əmrənin, Hacı Bektaş Velinin şeirlərini
oxudum. Təsəvvüf fəlsəfəsinə dair kitablar oxudum. Təqribən 3 illik fasilədən
sonra kitabı təkrar oxudum. Bəzi məqamlara aydınlıq tapa bildim. Kitabdakı
hekayələr çox qarmaqarışıqdır. Hekayə içində "qəhrəman haradan-hara gedir, nə
etmək istəyir, kimdən qaçır, niyə qaçır” kimi suallar oxucunu narahat edir. Sufilərin kəlmələrə baxışı tam fərqlidir, onlar
üçün sözlər məqsəd deyil, vasitədir. Onlar üçün sözlər bir yoldur. Daha doğrusu,
yola çıxmaq üçün yolçuya lazım olan vasitədir. Və yolçuluq zamanı yolçu
sözlərin arxasındakı mistikanı nə qədər tez anlaya bilirsə yolu daha sürətlə
addımlayır. Sufilər üçün tənəffüs də böyük anlam daşıyır. Məsələn, sayacaqsan
1, 2, 3, 4. Nəfəs alacaqsan, sonra yenə sayacaqsan 1,2,3,4 və nəfəsini
buraxacaqsan. Addımladığın zaman da hər addımda bir nəfəs alacaqsan. İlk
baxışdan bu hərəkət anlamsız görünən bilər. Ancaq bu amil sufilikdə vacib
sayılır. Sufiliyə yeni başlayanlara öncə nəfəsin idarə olunmasını öyrədirlər.
Sufilik həyatın necə olduğunu anlamaq, anlatmaq deyil, həyatın necə olmadığını
anlamaq, anlatmaqdır. Sufilər üçün ilkin mərhələ eqodan imtinadır. Sufi üçün
mən və Tanrı anlayışı yoxdur. Əgər "mən”dən vaz keçə bilmirsənsə demək ki, hələ
yetkinliyə çatmamısan. Əgər "mən” anlayışı varsa demək ki, Tanrıya Bu məqamda
sufiliyi anlatmaq üçün İslam fəlsəfəsində, ümumiyyətlə dinlər tarixində
bilgisinə böyük hörmət bəslədiyim Zaur Qəhrəmanlının "Sufilik” adlı
məqaləsindən bir-iki cümləyə istinad etmək ehtiyacı görürəm.
"Sufilik - çoxluqdan vəhdətə, hadisədən qanuna
tərəf metafizik uçuş üçün çox incə qanadları olan, məntiq təsirindən uzaq
ezoterik dini cərəyandır. Tanrıya çatacaq qədər uzanacaq bir yolu var.
Ohəddə qədər ki, onlar heyvanların səsində, ağac yarpaqlarının
xışıltısında, küləyin səsində və s. Tanrının birlik səsini eşitsinlər. Bu
məqama çatdıqda "Tanrı” və "mən” deyil, yalnız bir varlıq olurlar - biz.
Sevgilim nədirsə, mən oyam, o da mənəm. Bir sufinin "həqiqət mənəm” demə səbəbi
məhz budur. Sufilər həqiqətin bir güzgü olduğunu, onların isə o güzgüyə baxan
olduqlarına inanırlar.
Sufilərbütün maddi istəklərindən azad olub, Allaha gedən yolda
insana maneə ola biləcək hər şeyi özlərinə haram bilirlər”"Qapının önündə” hekayəsində daxili ziddiyyətlər yaşayan, məişət qayğılarından, gündəlik söh-bətlərdən qaçmaq istəyən dərdli bir obraz görürük. Bu gün dünənin təkrarıdır. Sabah da bu günə bənzəyəcək. Hər şey təkrarlanacaq. Heç nə dəyişmir. Bu qədər eynilik adamı bezdirir. Azan oxunur, səsin fonunda məscidə tələsən ata, ev işləri görən ana. Xəyalında hansısa qadını canlandıran və qərar verməkdə çətinlik çəkən gənc. Bundan sonra nə edəcəm, hara gedəcəm, kimə lazımam, kim gözləyir məni? Həyatda hər şey yoldur, adam baş götürüb gedir, qurtulmaq istəyir. Hər addımda xilas olmaq arzusu daha da böyüyür.
Və hekayənin son cümləsi. Ən maraqlı məqam da elə bu cümlədir. "Qapının önündə idi”
Yazıçı demək istəyir ki, hər şey daxilimizdə baş
verir. Etdiyimiz hərəkətlər, danışdığımız sözlər, arzularımız, məqsədlərimiz və
s. Nə qədər qaçırsan qaç, nə qədər uzağa gedirsən get, özünü özünlə aparırsan.
Özündən xilas ola bilmirsən. Dünya sən onu gördüyün, sən onu anladığın kimidir.
Hekayələri oxuduqca elə düşünürsən ki, müəllif
cəsarətsizliyi, acizliyi tərənnüm edir. Fəqət gerçək başqadır. Rasim Özdenören
Allaha sevgisini sufi fəlsəfəsi fonunda qələmə alır. Onun hekayələrinin
fəlsəfəsi həqiqət naminə özündən imtinanı göstərir. Rasim Özdenörenin ilk və son romanı "Gül yetişdiren
adam” oxuduğum ən maraqlı romanlardan biridir. Dostlarını itirən adam evinə
qapanıb 50 il gül yetişdirir. Dostlarını xatırlayır. Əzab çəkir. Bir sual onu
daha çox narahat edir. Müharibədə nə üçün döyüşdüyümüzü bilirik. Ancaq savaş
bitəndən sonra nə üçün döyüşdüyümüzü bilmirik, anlamırıq. Gül yetişdirən adam
bunları düşünür. Romanın digər xətti isə modern düşüncə ilə ənənəvi düşüncə
arasındakı ziddiyyətlərdir.
Bu məqamda Nəcib Fazıl Qısakürəyin bir fikri düşür.
Bəzən insanın içindən bir şey qopur. Hər şeyi tutan bir şeyi itirəndə dünya
gözündə faciəyə dönür. Məncə "Gül yetişdirən adam” karantin günlərində oxunulacaq ən faydalı, ən maraqlı romandır. Bir şeyi itirmək böyük faciədir. Çünki bir şey itirəndə bu itkinin, əslində, hər şey olduğunu çox gec anlayırıq.
Səhvlərimizi zamanında anlayaq və gül yetişdirməyə gecikməyək.
Nicat
Həşimzadə