• şənbə, 27 Aprel, 04:37
  • Baku Bakı 14°C

Bir ailənin 5 üzvü yaralandı - Qəza

19.06.14 12:03 882
Bir ailənin 5 üzvü yaralandı - Qəza
Sabirabad rayonunun Qaragüney kəndi ərazisində rayonun Osmanlı kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədov Xəqani Valeh oğlunun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə ötmə əməliyyatı zamanı Qaragüney kənd sakini Firdovsi Əhmədovun idarə etdiyi traktora arxadan çırpılıb. Nəticədə sürücü və onun avtomobildə olan ailə üzvləri - 2005-ci il təvəllüdlü Novruzova Aysun Vahab qızı, 1974-cü il təvəllüdlü Novruzov Vahab Sabir oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Ayna Xudayar qızı və 2007-ci il təvəllüdlü Məmmədova Mədinə Xəqani qızı xəsarət alıblar. Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. Sürücü və 9 yaşlı Aysunun reanimasiya, digər yaralılar isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa/
banner

Oxşar Xəbərlər