• cümə, 29 Mart, 16:04
  • Baku Bakı 14°C

Bipolyar probleminin əsas simptomları

29.06.22 15:30 438
Bipolyar probleminin əsas simptomları

Bipolyar problem daha çox yeniyetməlik və gənc yaşlarda özünü büruzə verir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə dünyada hər 100 nəfərdən 5-9 nəfəri bu xəstəlikdən əziyyət çəkir.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, bipolyar affektiv problemindən əziyyət çəkən xəstənin əhval-ruhiyyəsi və fəaliyyət səviyyəsi əhəmiyyətli dərəcədə azalır, bəzi hallarda isə enerji və fəaliyyət göstəriciləri artır. Bipolyar affektiv problemli xəstələrdə depressiya qaçılmaz olur.

Xəstələr əhval-ruhiyyənin azalması, maraq və motivasiyanın aşağı düşməsi, həddindən artıq yorğunluq və halsızlıq, intihar düşüncəsi kimi simptomlara sahib olur. Diqqətin azalması, yaddaşın zəifləməsi, özünə inamın azalması, gələcəklə əlaqəli mənfi düşüncələr, ümidsizlik bu problemin əsas göstəriciləridir.

Çox vaxt xəstələr xüsusi ilə yaxşı inkişaf etmiş qabiliyyətlərinin olduğunu və ya məşhur şəxsiyyətə sahib olduqlarına inandıqları üçün özlərini çox yüksək səviyyəli biri hesab edirlər. Bu cür xəstələr sosial davranışlarını kontrol etməkdə çətinlik çəkir, özlərinə və ətrafındakı insanlara zərər verəcək hərəkətlərə yol verir. Mütəxəssislər müraciət edən xəstələrin bir çoxu spirtli içkilərdən, narkotik vasitələrdən, lazımsız yerə yüksək məbləğdə pul xərcləmək və yüksək məbləğdə kredit götürmək kimi problemlərə sahib olur. Onlarda rənglərə, səslərə qarşı həssaslıq artır. Vaxtında müalicə edilməyən xəstələr işgörmə qabiliyyətlərini itirir, insanlar arasındakı münasibətləri pozulur.

Düzgün diaqnoz və müalicə ilə xəstəlik tam sağalır. Dərman müalicəsi isə xəstənin keçirtdiyi krizlərin sayına görə təyin edilir, çox zaman ömür boyu davam edən müalicə ilə xəstəlik bir daha təkrarlanmır.

banner

Oxşar Xəbərlər