• cümə axşamı, 25 aprel, 08:28
  • Baku Bakı 14°C

Binəqədidə sərnişin avtobusu “KamAZ”a çırpılıb, xəsarət alan var

21.01.22 09:28 502
Binəqədidə sərnişin avtobusu “KamAZ”a çırpılıb, xəsarət alan var
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
Kaspi.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və "KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
banner

Oxşar Xəbərlər