• çərşənbə axşamı, 19 mart, 09:56
  • Baku Bakı 8°C

Binəqədi polisi rayon ərazisində oğurluqla məşğul olan şəxsləri yaxalayıb

17.08.19 20:00 3131
Binəqədi polisi rayon ərazisində oğurluqla məşğul olan şəxsləri yaxalayıb
Binəqədi polisi rayon ərazisində ofisdən, mağazalardan, avtoservisdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, bu il iyunun 30-da rayon ərazisindəki bir ofisdən və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha iki mağazadan ümumilikdə 4888 manat pul oğurlaması da müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları isə avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlayan Bakı şəhər sakini P.Rəhimovu yaxalayıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər