• cümə axşamı, 25 aprel, 12:09
  • Baku Bakı 23°C

Binə-Mərdəkan və Binə-Buzovna yolunda sürət həddi 60 km/saata endirilib

31.01.17 11:50 1070
Binə-Mərdəkan və Binə-Buzovna yolunda sürət həddi 60 km/saata endirilib
"Binə qəsəbəsindən Mərdəkana, eyni zamanda Buzovna, Zaqulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə endirilərək 60 km/saat müəyyən edilib". Bakı Nəqliyyat Agentliyindən (BNA) "APA-Economics"ə verilən məlumata görə, bu addımın atılmasında səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.
BNA paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər