AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bina yandı, bir nəfər öldü

Bina yandı, bir nəfər öldü

Kriminal
19 Dekabr 2012, 10:48 1616
Bakıda yaşayış binası yanıb, bir nəfər ölüb.

DİN-in rəsmi saytının verdiyi məlumata görə, dünən saat 21.30 radələrində Nəsimi rayonu ərazisində yaşayan Oruc Hüseynovun mənzilində yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükən sonra Hüseynovun anası Ruqiyənin yanmış meyiti tapılıb.