• cümə, 26 Aprel, 16:57
  • Baku Bakı 23°C

Bill Qeyts koronavirusun 2022-ci ildə sona çatacağını ehtimal etdiyini bildirib

21.09.20 11:45 542
Bill Qeyts koronavirusun 2022-ci ildə sona çatacağını ehtimal etdiyini bildirib
"Koronavirus pandemiyasının 2022-ci ildə sona çatması ehtimalı böyükdür”.
APA"Fox News”a istinadən xəbər verir ki, bunu "Microsoft” korporasiyasının qurucusu Bill Qeyts açıqlamasında bildirib.
O qeyd edib ki, problemə yalnız qlobal miqyasda yanaşılsa, 2021-ci il ərzində yoluxma sayı azala bilər: "ABŞ-ın gələn yaya qədər tamamilə normal həyat tərzinə dönəcəyinə inanıram. Bunun üçün dünyada koronavirusla mübarizəni davam etdirmək lazımdır. Çünki bu halda COVID-19-un ölkələrə "dönməyəcəyinə" zəmanət veriləcək”.
Qeyd edək ki, "Microsoft”un qurucusu daha əvvəl ABŞ-ın bu il oktyabr ayının sonuna qədər koronavirusa qarşı peyvəndi əldə edə bilməyəcəyini söyləmişdi.
banner

Oxşar Xəbərlər