• cümə, 29 Mart, 00:46
  • Baku Bakı 7°C

Bilik Fondu Moskvada keçirilən assamleyada ölkəmizi təmsil edib

14.12.18 15:45 459
Bilik Fondu Moskvada keçirilən assamleyada ölkəmizi təmsil edib
Moskvada A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu” Tərəfdaşıq Şəbəkəsi Mərkəzinin II assambleyası keçirilib.
Assamleyada institutun prezidenti Vitaliy Kostamarov və rektoru Marqarita Rusetskaya, A.Soljenitsin adına "Dom russkoqo zarubejya”nın direktoru Viktor Moskvin, Rusiya Federasiyasının Maarifləndirmə Nazirliyinin beynəlxalq münasibətlər və ictimaiyətlə əlaqələr şöbəsinin müdir müavini Svetlana Feoktistova, Xarici İşlər Nazirliyinin şöbə müdiri Oleq Malginov və 25 ölkədən 51 nümayəndə iştirak edib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu təmsil edib.
FonddanAZƏRTAC-a bildirilib ki, beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova assambleyanın 2019-cu il üçün fəaliyyət planının müzakirələrində təmsil olunduğu qurumun təkliflərini səsləndirib. Bildirib ki, Bilik Fondu A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Rus dilinin səfirləri" layihəsinin İsmayıllı rayonunun İvanovka kəndində keçirilməsinə dəstək verməyə hazırdır. Layihəyə görə, xüsusi hazırlanmış könüllü tələbələr İvanovka kəndindəki məktəblərin şagirdlərinə öncədən hazırlanan proqram əsasında bir həftə ərzində rus dili dərsi keçəcəklər. Fondun nəzdində fəaliyyət göstərən klubların üzvləri "Rus dilinin səfirləri" ilə görüşəcək, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı barədə ətraflı məlumatlar verəcək, onlar üçün ekskursiyalar təşkil olunacaq. Təklif razılıqla qarşılanıb.
Assambleya çərçivəsində rus dili müəllimlərinin "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin təşkil etdiyi ixtisasartırma kurslarına cəlb olunması, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, birgə mədəni-kütləvi tədbirlərin təşkili, təhsil almaq və ya sahibkarlıqla məşğul olmaq məqsədilə Rusiyaya səfər edənlərə rus dilinin öyrədilməsi ilə bağlı müzakirələr aparılıb, maraqlı təkliflər səsləndirilib.
Assambleyanın bədii hissəsində konsert proqramı nümayiş olunub.
banner

Oxşar Xəbərlər