• cümə axşamı, 28 mart, 21:40
  • Baku Bakı 13°C

Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb

24.06.22 09:32 376
Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb

Biləsuvar rayonunda toyda dava baş verib.

Kaspi.az-ın xəbərinə görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, toyda iştirak edən qonaqlar arasında yaranan mübahisə dava ilə nəticələnib.
Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri - 1984-cü il təvəllüdlü Əliyev Əli Rafiq oğlu və 1977-ci il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu arasında dava olub.

Dava zamanı iki şəxsin şadlıq sarayının pəncərəsinə çırpılması, pəncərənin qırılmasına və onların pəncərədən yerə yıxılmasına səbəb olub.

Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər