• cümə, 29 Mart, 19:19
  • Baku Bakı 14°C

Biləsuvar rayonunda əhali ilə maarifləndirmə tədbirləri davam etdirilir

30.03.20 12:44 1138
Biləsuvar rayonunda əhali ilə maarifləndirmə tədbirləri davam etdirilir
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın üzvlərinin iştirakı ilə əhali arasında aparılan maarifləndirmə tədbirləri daha da intensivləşdirilmişdir.
30 mart 2020-ci il tarixdə şəhərin ayrı-ayrı küçələrində əhali ilə söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin məcburi olduğu bir daha bildirilmiş və yalnız zəruri ehtiyac yaranarsa qoruyucu vasitələrin köməyi ilə qısa vaxt ərzində çöl işlərinin görülməsi tapşırılmışdır.
Bununla yanaşı Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
Əhali ilə aparılan tədbirlər zamanı ehtiyacı olanlara qoruyucu maskalar verildi və tibbi spirt məhlulu paylanıldı.




banner

Oxşar Xəbərlər