• cümə, 29 Mart, 08:37
  • Baku Bakı 5°C

Bəzi poçt şöbələri həftə sonları da fəaliyyət göstərəcək

04.07.20 11:30 509
Bəzi poçt şöbələri həftə sonları da fəaliyyət göstərəcək
İyulun 20-dək bəzi poçt şöbələri həftə sonları da xidmət göstərəcək.
"Azərpoçt" MMC-dən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu il iyulun 3-də "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq Qərarı çərçivəsində iyulun 20-dək davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində "Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri şənbə və bazar günləri də fəaliyyət göstərəcək.
Şənbə və bazar günləri Bakıda yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri işləyəcək. Həmçinin Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərində və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarında müştəri xidmətləri şöbələri və Bakı, Sumqayıt və Cəlilabadda yerləşən "Şəbəkə” xidmət mərkəzləri həftə sonları da xidmət göstərəcək.
Digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Zaqatala və Ağdaş şəhərlərindəki "Şəbəkə” xidmət mərkəzləri adi iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.
banner

Oxşar Xəbərlər