• çərşənbə, 24 Aprel, 03:43
  • Baku Bakı 14°C

Bəzən koronavirus xəstələrində dadbilmə və iybilmə bir ildən də gec bərpa olur

24.12.21 19:46 307
Bəzən koronavirus xəstələrində dadbilmə və iybilmə bir ildən də gec bərpa olur
Yeni növ koronavirus (COVID-19) pandemiyasının ən sərt dövründə dadbilmə və iybilmə hissinin azalması virusa yoluxanların əksəriyyətində müşahidə olunurdu. Hazırda koronavirus xəstələrində isə həmin şikayətlərə daha az rast gəlinir, çünki bu virusa qarşı əhalinin orqanizminin müqaviməti artıb.
AZƏRTACxəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa deyib.
Həkim-mütəxəssis bildirib ki, COVID-19-un virus yükü dəyişib: "Dadbilmə və iybilmə hissi bir-biri ilə sıx bağlıdır. Qoxubilmənin itməsi dadbilməyə çox təsir göstərir. Adətən dadbilmə hissinin itməsi 95 faiz hallarda qoxubilmənin azalması ilə əlaqədardır. İndi yoluxma zamanı daha çox baş və əzələ ağrıları müşahidə edilir. Dadbilmə hissi iybilməyə nisbətən daha tez bərpa olur. Lakin qoxubilmə hissi bəzi xəstələrdə bir həftəyə bərpa olunduğu halda, bəzilərində isə bu proses aylarla davam edir.
Koronavirus yeni xəstəlikdir. Dadbilmə və iybilmə funksiyası pozuntularının ciddi şəkildə müşahidə edildiyi və bərpa müddətinin hətta bir ildən çox çəkdiyi xəstələr də var. Ona görə də vaxtında peyvənd olunaraq COVID-19 əleyhinə immunitet qazanmaq ən doğru seçimdir”.
banner

Oxşar Xəbərlər