AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

Təfsilat
05 Avqust 2020, 18:30 472
Livanın paytaxtı Beyrut şəhərində limanda baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə "Sky News Arabia” telekanalı ölkənin Səhiyyə naziri Həmad Həsənə istinadən məlumat yayıb.
Nazir 4 minə yaxın insanın partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Bundan əvvəl partlayışda 108 nəfərin həlak olduğu açıqlanmışdı. 
Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.
Partlayış nəticəsində onlarla ev, avtomobil dağılıb və ya zədələnib, bir çox yaşayış kvartalında binaların şüşəsi sınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2.7 min ton ammiak maddəsinin detonasiyası səbəb olub.
Ölkədə matəm, paytaxt Beyrut isə fəlakət zonası elan edilib. Beyrutda iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.