• çərşənbə axşamı, 19 mart, 14:05
  • Baku Bakı 8°C

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb

15.08.19 15:30 951
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb
Moskva vilayətindəki "Patriot” parkında yerləşən Azarkeşlər klubunda "Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mükafatlandırılanlar arasında "Tank biatlonu” müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov medalla və "Səhra mətbəxi" müsabiqəsində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu əsgər Sona Həmzəyeva qiymətli hədiyyə ilə təltif olunublar.

banner

Oxşar Xəbərlər