• cümə axşamı, 28 mart, 22:38
  • Baku Bakı 13°C

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Bakıya gəlir

23.04.14 16:19 1188
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Bakıya gəlir
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos aprelin 26-da Bakıya gələcək. Diasportla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Kuvelos Azərbaycan paytaxtında keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumun işinə qatılacaq.
O, artıq bir neçə dəfə Bakıda olub və müvafiq qurumlarla Akademiya ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivləri, “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində Akademiya ilə həyata keçiriləcək layihələrə dair müzakirələr aparıb. 1961-ci ildə Yunanıstanda təsis olunmuş Akademiya Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında fəaliyyət göstərir və mütəmadi olaraq idmanın fəlsəfi və ideoloji problemlərinə, Olimpiya hərəkatının tarixinə və digər məsələlərə həsr olunmuş seminarlar təşkil edir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda çox sayda sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra beynəlxalq qurumların rəhbərləri və təmsilçiləri də iştirak edəcək. Forum 4 gün davam edəcək.
banner

Oxşar Xəbərlər