• şənbə, 20 Aprel, 09:27
  • Baku Bakı 14°C

Beynəlxalq Muğam mərkəzində "Unudulmayanlar" layihəsi təqdim olunacaq

21.09.19 13:00 653
Beynəlxalq Muğam mərkəzində "Unudulmayanlar" layihəsi təqdim olunacaq
24 sentyabrda Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbirdə xanəndə Seyid Mirbabayevin xatirəsi yad ediləcək.
Trend-in məlumatına görə, mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.
Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür. Mədrəsə təhsili alır. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırır. Ötən əsrin əvvəllərində Bakının musiqi həyatında çox tanınır. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi çıxış edir. Xanəndəlikdən milyonçuya gedən yolun sonunda isə Seyid Mirbayevin həyatı heç də nikbin notlarla davam etmir.
XIX əsrin sevilən xanəndəsi haqqında daha maraqlı faktlar "Unudulmayanlar” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzi tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub. Tədbirdə maraqlı konsert proqramı ilə yanaşı xanəndənin həyatından yeni faktlar da təqdim olunacaq.
Bütün musiqisevərləri Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar” layihəsinin yeni mövsümdə ilk tədbirinə dəvət edirik. Konsertə giriş sərbəstdir
banner

Oxşar Xəbərlər